Dünyada-文本歌词

Dünyada-文本歌词

BadClause
发行日期:

Bir dəfə də üzünə baxt gülmədi

Çox gün gördü, güzəran görmədi

Düşünür ki, hər şeyi vaxt göstərir

Eşqə inanmır artıq al gözləri

Vaxtında bilmədim qədrini

Ona güllər, məktublar göndərim

Adımı daha onun səsindən eşitmirəm deyə

Keçirmirəm ad günlərin

Dedim ki, olmayım pis adam

Deməklə olmadı heç bir zaman

Pis günlərinə mən misalam

Hər dünən, hər bu gün, hər bir sabah

Bütün olanlar elə oldu nahaq

Birgə axtaraq, həll yolunu tapaq

Vidalar vaxtsız olanda vidadır

Hara qədər gedirsə, elə ora uzadaq

Gülüşlər olmadı davamiyyətli

Mən hara qismətəmsə, o, ora niyyətdir

Dərində ölüb-parçalanmışamsa da

Heç vaxt deməmişəm ona niyəsini

Hər dəfə deyirəm ki, qırmayım qəlbi

Davranım daha qəti, daha diqqətli

Amma o da bilir, heç kim saf sevgi vermir

Hamı kimdənsə qalanı gətirir

Başqa işartılara ayna tutub

Öz parıltım adıyla çaşdırdım özümü illərlə

Qaranlığıma səni dəvət etdim

Gəlib işıq saldın qəliz hisslərimə

Böyüdükcə özüm səni qocaldıram ildən-ilə

Yanımda zorla saxlamaq istəməm

İstəmirsənsə, denən, istəmirəm

Qəlbi saraylara tuş

Mənsə zərif naxışına kobud toxunuş

Divarda köhnə tablo solmuş

Xatirələrin əksəri unudulmuş

Fikri biyaban, amma soyuq baxışları

Axan çayları dondurmuş

Bir ağac çoxdan qurumuşsa

Əl açıb bar istəməklə olmurmuş

Evində gəlir üstünə-üstünə boş otaqlar

Yüksək tavanına tən qoca qapılar

Sığmır yerə-göyə mən daxilində

Tanrı da göndərir onu öz otağına

Sığallarım incidir, çünki

Toxunuşumda iti künc və bucaqlar

Getdi birgə ikən uçan vaxt

Onu qəlbimə yazmışam, adı “uzaqlar”

Almadan torpaq səni, ya məni

Gec olmadan gəl, birləşək dünyada

Xoşbəxt idi bir vaxtlar mənlə

Özü də heç olmadığı qədər dünyada

Gecə şirin idi yuxularında

Edirdim səhərlərini zəhər dünyada

Dünən ondan biri, amma bu gün yadam

Düşmürəm daha hər gün yada