Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən
Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən

Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə

Bu çeşmi-məst ilə qılsan işarə, bir dənəsən

Sən olmasan, məni hicran dəmi həlak eylər

Şikəstə könlümə aləmdə çarə bir dənə sən

Zəmanə əhlinə məşhursan gözəllikdə
Zəmanə əhlinə məşhursan gözəllikdə
Bu, sirri gizli deyil, aşikarə, bir dənəsən

Gözəl həyatını Vahid fənaya sərf etmə
Səni zəmanə yetirməz dübarə, bir dənəsən