Artıq çırpınmır bu qəlb
Sənin sevginlə
Hisslərim solub
Edirəm bizi tərk
Kimdir günahkar?
Ya sən, ya da mən
Yoxdur mənası
Mən çəkirəm sədd
Bu eşq bir cəza
Həsrətini çəkərəm
Zamanla unudaram
Nələr keçmədi ki?
Məni bağışla
Bu sondur, gedirəm
Özünə yaxşı bax
Mən getməliyəm
Yandım...
Bu sevginin odunda yandım
Yandım...
Sən hər şeyi əlimdən aldın
Yalandır...
Mən gözüyumulu buna inandım
Cavab ver...
Sən eşqi yalançımı sandın?
Yuxudan oyandım mən
Xatirələr məni sıxır, boğur
Bu sanki ölüm
Yuxularım da qarışıq
Bu işıq niyə sönmür?
Fikrim qəti, gedirəm
Ürək deyir, geri qayıt
Bu qatar yola çıxıb
Ünvanına, əfsus, çatıb
Xatirələr məni sıxır, boğur
Bu sanki ölüm
Yuxularım da qarışıq
Bu işıq niyə sönmür?
Fikrim qəti, gedirəm
Ürək deyir, geri qayıt
Bu qatar yola çıxıb
Ünvanına, əfsus, çatıb
Yandım...
Bu sevginin odunda yandım
Yandım...
Sən hər şeyi əlimdən aldın
Yalandır...
Mən gözü yumulu buna inandım
Cavab ver...
Sən eşqi yalançımı sandın?
Yuxudan oyandım mən