n Azrbaycan-文本歌词

n Azrbaycan-文本歌词

Ayaz Qasmov
发行日期:

Qoy mən yenə söhbət açım ilk baharımdan

Nəğməm ilə bir də keçim öz diyarımdan

Qoy mən yenə söhbət açım ilk baharımdan

Nəğməm ilə bir də keçim öz diyarımdan

Bol bəhrəli Muğan düzü

Mil düzü, Şirvan düzü

Gəl, gəl deyir şən Azərbaycan…

Tər gülləri şəfalıdır

Göygöl nə səfalıdır

Hər yanı gülşən Azərbaycan…

El qızları düzüm-düzüm Kür qırağında

Min gül açıb Gəncəmizin hər budağında

Dost elləri Qarabağın dağ vüqarlıdır

Gen çölləri bu torpağın xoş baharlıdır

Bol bəhrəli Muğan düzü

Mil düzü, Şirvan düzü

Gəl, gəl deyir şən Azərbaycan…

Tər gülləri şəfalıdır

Göygöl nə səfalıdır

Hər yanı gülşən Azərbaycan…

Hər damlası layla çalan göy Xəzərim var

Hər ulduzu nəğmə olan min şəhərim var

Keçdim yenə çiçək-çiçək hər mahalımdan

Öz yurdunun doymaz ürək yüz vüsalından

Bol bəhrəli Muğan düzü

Mil düzü, Şirvan düzü

Gəl, gəl deyir şən Azərbaycan

Tər gülləri şəfalıdır

Göygöl nə səfalıdır

Hər yanı gülşən Azərbaycan

Bol bəhrəli Muğan düzü

Mil düzü, Şirvan düzü

Gəl, gəl deyir şən Azərbaycan

Tər gülləri şəfalıdır

Göygöl nə səfalıdır

Hər yanı gülşən Azərbaycan

Hər yanı gülşən Azərbaycan

Ay, hər yanı gülşən Azərbaycan