Dost-文本歌词

Dost-文本歌词

Ayaz Qasmov
发行日期:

Mənə bir təsəlli vermək üçün sən

Hər gün söz açırsan min bir gözəldən

Mənə bir təsəlli vermək üçün sən

Hər gün söz açırsan min bir gözəldən

İndi başqa yolun yolçusuyam mən

Yaxşını yamandan, yaxşını yamandan

Seçirəm, ey dost

Başımdan getməyir sevdanın dəmi

Yenə ilk eşqimi anıram, ey dost

Ahımı, naləmi duya bilməzsən

Özüm öz içimdən yanaram, ey dost

Dəryalar qoynunda tənha gəmiyəm

Çətin ki, dərdimi bir kəsə deyəm

Dəryalar qoynunda tənha gəmiyəm

Çətin ki, dərdimi bir kəsə deyəm

Mən dəmir deyiləm, polad kimiyəm

Bil ki, əyilmərəm, bil ki, əyilmərəm

Sınaram, ey dost

Başımdan getməyir sevdanın dəmi

Yenə ilk eşqimi anıram, ey dost

Ahımı, naləmi duya bilməzsən

Özüm öz içimdən yanaram, ey dost