Dərdimə dərman yox
Vuruldum onu görən andan
Alma satan bir qız
Çıxardıbdır məni yoldan
Hər gün ora gedirəm
Hər gün onu görürəm
Sevgimi gizlədirəm
Axı düşmüşəm eşq oduna
Almalarınla, almalarınla
Ürəyimi yandırdın almalarınla
Almalarınla, almalarınla
Qəlbimi sındırdın almalarınla
Almayanaq sevdam
Gözləri dəniz boyası
Bal axır dodağından
Alaram onun qadasını
Hər gün ora gedirəm
Hər gün onu görürəm
Sevgimi gizlədirəm
Axı düşmüşəm eşq oduna
Almalarınla, almalarınla
Ürəyimi yandırdın almalarınla
Almalarınla, almalarınla
Qəlbimi sındırdın almalarınla
Gecə qara, küçə qara
Ürəyimi yara-yara
Səbir, dözüm tükənibdir
Çata bilmir sözüm yara
Xəyalını çəkə-çəkə
Həsrət olub qara ləkə
Almaların əvəzinə
Ürək olub tikə-tikə
Bilərəm diləyini
Edərəm dediyinin
Verərəm ürəyimi
Axı düşmüşəm eşq oduna
Almalarınla, almalarınla
Qız, məni yandırdın almalarınla
Almalarınla, almalarınla
Ürəyimi yandırdın almalarınla
Almalarınla, almalarınla
Ürəyimi yandırdın almalarınla
Of, almalarınla, almalarınla
Ürəyimi yandırdın almalarınla
Almalarınla, almalarınla
Qəlbimi sındırdın
Ürəyimi yandırdın
Qəlbimi sındırdın almalarınla