Maral qaçar dağ üstə
Bülbül uçar bağ üstə
Maral qaçar dağ üstə
Bülbül uçar bağ üstə
Niyə məndən küsürsən?
Dağ çəkirsən dağ üstə?
Niyə məndən küsürsən?
Dağ çəkirsən dağ üstə?
Getmə, getmə, maralım
Nə ki dərdin var, alım
Gözünə düz baxmasam
Gözlərimdən saralım
Getmə, getmə, maralım
Nə ki dərdin var, alım
Gözünə düz baxmasam
Gözlərimdən saralım
Sev ki, sevən mərd olar
Sevməyən namərd olar
Sev ki, sevən mərd olar
Sevməyən namərd olar
Sevəsən, ayrılasan
Bax bu yaman dərd olar
Sevəsən, verməyələr
Bax bu da yaman dərd olar
Sevgilini qınama
Qınayırsan, sınama
Dolanaram başına
Gəlin olsan anama
Sevgilini qınama
Qınayırsan, sınama
Dolanaram başına
Gəlin olsan anama
Ay, sənə könül bağladım
Çaylar kimi çağladım
Sənə könül bağladım
Çaylar kimi çağladım
Mən səni bir duyğutək
Ürəyimdə saxladım
Səni mən bir duyğutək
Ürəyimdə saxladım
Qoşa xalın zil qara
Kirpiyin də mil qara
İnanmasan eşqimə
And içərəm ilqara
Qoşa xalın zil qara
Kirpiyin də mil qara
İnanmasan eşqimə
And içərəm ilqara
Ləbin mənə qənd olar
Rəqibə rişxənd olar
Ləbin mənə qənd olar
Rəqibə rişxənd olar
Bülbüllər gül bağında
Gülə belə bənd olar, ay balam
Bülbül də gül bağında
Gülə bənd olar
Sevgilini qınama
Qınayırsan, sınama
Dolanaram başına
Gəlin olsan anama
Sevgilini qınama
Qınayırsan, sınama
Dolanaram başına
Gəlin olsan anama
(Sevgilini qınama)
(Qınayırsan, sınama)
(Dolanaram başına)
Gəlin olsan anama
Sevgilini qınama
Qınayırsan, sınama
Dolanaram başına
Mənim olsan, maralım