Pemanam-文本歌词

Pemanam-文本歌词

Aygün Smdzad&Ayaz Qasmov
发行日期:

Səni axtarıram Günün çıxmasında

Görməyəcəyimi bilə-bilə

Səni axtarıram Ayın batmasında

İtirdiyimi görə-görə

Gedən illərdə, gələn günlərdə

Qəfil bir səsdə, hər açılan səhərdə

Səni axtarıram getdiyim hər yerdə

Tapmayacağımı bilə-bilə

Ağlayan qəlbim, gizli göz yaşlarım

Yuxusuz gecəm, nakam arzularım

Sənsiz yaşadığım günlərimə üsyan etdi

Səni uzaqlardan arzulayıb susdum

Sevgidə qürur olmur belə, susdum

Peşmanam, peşmanam

Peşmanam bu sevgiyə

Mənə nəfəs qədər

Doğma bir kəs qədər

Yaxın gələn sevgiyə peşmanam

Sənə sevgimi səndən gizlədim

Gözlərinə gülə-gülə

Məni izləyən şəkillərinlə

Bu sevgini bölə-bölə

Gedən illərdən, gələn günlərdən

Qəfil bir səsdən, hər açılan səhərdən

Sənə sevgimi gizlədim

Unudaram deyə-deyə

Ağlayan qəlbim, gizli göz yaşlarım

Yuxusuz gecəm, nakam arzularım

Sənsiz yaşadığım günlərimə üsyan etdi

Ağlayan qəlbim, gizli göz yaşlarım

Yuxusuz gecəm, nakam arzularım

Sənsiz yaşadığım günlərimə üsyan etdi

Səni uzaqlardan arzulayıb susdum

Sevgidə qürur olmur belə, susdum

Peşmanam, peşmanam

Peşmanam bu sevgiyə

Mənə nəfəs qədər

Doğma bir kəs qədər

Yaxın gələn sevgiyə peşmanam