Hadis Yeri-文本歌词

Hadis Yeri-文本歌词

The Eyl
发行日期:

Məni sevginin önündə yıxma

Yaralama ürəyimi belə, qırma

Bax dünya qədərdir dərdim

Əsərini gör, gözünü qaçırma

Güvəndiyim dağlara qar yağmış

Yaşananlar boş və yalanmış

Axı sevdiyim insanı yanlış tanıdım

Mənim ürəyim elə yanmış

Ürəyimə dəymə, qoy elə qalsın, get buradan

Eşqimin eşqini gördüyüm an

Sənə də bu acıları yaşadan olar

Ya bu gün, ya sabah, geci-tezi var

Bezdim mən daha sevgindən

Unuduram artıq hirsimdən

Görsən əgər məni özgəylə

Sönən eşqimi daha dindirmə

Çıx, gəl bir gecə yarısında

Sən də mənim kimi darıxanda

Sevgimə sevgin qovuşmasa

Yansa da ürəyin, alışarsan

Çıx, gəl bir gecə yarısında

Sən də mənim kimi darıxanda

Sevgimə sevgin qovuşmasa

Yansa da ürəyin, alışarsan

Daha heç nəyi istəmirəm

Nə də gözləmirəm səndən

İndi mənası yoxdur bu eşqin

Sənsiz, nə də sənli

Axı bağlıdır bu sevginin

Pəncərəsində o pərdə

Mən sevgimin qucaqlayım

Sən də rəsmdən öpərsən

Sən denən, indi necə olsun?

Seçməliyik bir yol onsuz

Bu ayrılıq gündüz, ya səhər

Ya yoxsa gecə olsun?

Bilirəm, unudarıq ikimiz də

Bu ağrı-acılar keçər onsuz

Ona görə yalandan ağlama

Batsın bu sevgi, betər olsun

Çıx, gəl bir gecə yarısında

Sən də mənim kimi darıxanda

Sevgimə sevgin qovuşmasa

Yansa da ürəyin, alışarsan

Çıx, gəl bir gecə yarısında

Sən də mənim kimi darıxanda

Sevgimə sevgin qovuşmasa

Yansa da ürəyin, alışarsan