Krmi Zrb Muam-文本歌词

Krmi Zrb Muam-文本歌词

Gülyanaq Mmmdova
发行日期:

Deyirəm, ey, sənə qurban olum, a dərdli Kərəm

Sənə qurban olum, a dərdli Kərəm

Ürəyim dərd-qubar, gözlərim vərəm

Dəryalar mürəkkəb, meşələr qələm

Mirzələr yazdıqca dərdim var mənim

Dərdim var mənim...

Mən Kərəməm, mən Kərəməm

Ah çəkərəm, ağlaram

Dərdlilərin, ey, ürəyini dağlaram

Kimə gedib, kimə umut bağlaram?

Qərib qaldım, qərib qaldım

Güldürən yox, gülən yox

Gülən yox...

Deyir belə: “Yazıq ömrüm qürbət eldə keçibdir

Dərdimi bir bildirən yox, bilən yox

Getdi fürsət, əldə ikən qaçıbdır

Göz yaşımı sildirən yox, silən yox

Silən yox...”

Deyirəm, ay ağalar, uzaq yoldan gəlirəm

Baş üstündə qadir Allah, bilirəm

Gecdir, tezdir, bu dərdimdən ölürəm

Qiyamətdə yansam, yenə dözərəm

Dözərəm...

Aylar, illər həsrətini çəkərdim

Üzü dönmüş bivəfa yar, belə bax

Gözəllərdə sərxoş gəzmək man olmaz

Açılmış bir gümüş kəmər, belə bax

Belə bax...

Deyir, belə dərin-dərin dəryalara dalmışam

Ay aman, ay aman, ay aman...

Dərin-dərin dəryalara dalmışam

Saralıban gül rəngimdən solmuşam

Mən Əsliyəm, mən Əsliyəm

Öz elimdə qalmışam

Arzum idi, öz elimdə qalaydım

Qalaydım...

Mən Kərəməm, həsrət qaldım bu dünyada xoş günə

Fələk bir ox atdı ömrüm köksünə...

Adım bəlli, xan əslinin eşqinə

Yolduruban durnalar tökün tellərin...

Tellərin...

Kərəm, sənin əqli-huşun olsaydı

Öz yerində sultan idin, xan idin

Uymasaydın özgələrin felinə

Gəncə gözəllərindən birin alaydın

Alaydın...

Uca dağ başını qar aldı, getdi

öznın məskənin sar aldı, getdi, ey...

Hər kim ki yar sevdi, yar aldı, getdi

Mənimki də qara gəldi

Belə bax, belə bax, belə bax

Axşam oldu, qarlı dağlar aşaram

Sellər kimi çağlayaram, coşaram

Gecə-gündüz qəmli nəğmə qoşaram

Oyan, Kərəm, bu eşqimdən nişan al

Oyan, Kərəm, bu eşqindən bişərəm

Mən çəkərəm xan əslinin nazını

Qış eylərəm baharımı, yazımı

Qəm üstündə kökləmişəm sazımı

Qəmli sazım çaldıran yox, çalan yox

Çalan yox... Çalan yox...

Belə mən çəkərəm xan əslinin nazını

Qış eylərəm baharımı, yazımı

Qəm üstündə kökləmişəm sazımı

Qəm üstündə kökləmişəm sazımı

Qəmli sazım, qəmli sazım çaldıran yox, çalan yox

Çalan yox...