Məni səndən bəlkə bir gün sorsalar
Deyərsən ki: “Tanımıram ki, kimdir o?”
Gözlərində yaş damlası görsələr
Deyərsən ki: “Küləkdəndir, nəmdir o”
Xoş günləri xatirədən silərsən
Göz ağlasa, dodağında gülərsən
Nəfəsimi küləklərə verərsən
Deyərsən ki: “Dumandır o, çəndir o”
Xoş günləri xatirədən silərsən
Göz ağlasa, dodağında gülərsən
Nəfəsimi küləklərə verərsən
Deyərsən ki: “Dumandır o, çəndir o”
O-o, çəndir o, çəndir o
Deyərsən ki: “Dumandır o, çəndir o”
O-o, çəndir o, çəndir o
Deyərsən ki: “Dumandır o, çəndir o”
Sən xoşbəxt ol, nə fərq edər, mən varam
Həyatına vaxtsız yağan bir qaram
Ürəyində tor bağlamış bir qoram
Deyərsən ki: “Kədərdir o, qəmdir o”
Bəlkə dönüb dalğalara qarışsam
Ovcunu aç, göydən yağan yağışam
Əgər bir gün öz-özünlə danışsan
Deyərsən ki: “İçimdəki məndir o”
Bəlkə dönüb dalğalara qarışsam
Ovcunu aç, göydən yağan yağışam
Əgər bir gün öz-özünlə danışsan
Deyərsən ki: “İçimdəki məndir o”
O-o, məndir o, məndir o
Deyərsən ki: “İçimdəki məndir o”
O-o, məndir o, məndir o
Deyərsən ki: “İçimdəki məndir o”
O-o, kimdir o, kimdir o?
Deyərsən ki: “İçimdəki məndir o”
O-o, kimdir o, kimdir o?
Deyərsən ki: “Dumandır o, çəndir o”
O-o, kimdir o, kimdir o?
Deyərsən ki: “Kədərdir o, qəmdir o”
O-o, kimdir o, kimdir o?
Deyərsən ki: “İçimdəki məndir o”