Sevgisinə inanmışdım
Yolunda çox dayanmışdım
Onda ötrü yaranmışdım
Qəlb evimdən çıxdı, getdi
İsinmişdin istisinə
Alışmışdım nəfəsinə
Könül verib özgəsinə
Qəlb evimdən çıxdı, getdi
Sinəmə gül taxa-taxa
Gözlərimə baxa-baxa
Məni oda yaxa-yaxa
Qəlb evimdən çıxdı, getdi
Əllərimi sıxa-sıxa
Gözlərimə baxa-baxa
Məni oda yaxa-yaxa
Qəlb evimdən çıxdı, getdi
Yalan imiş əhdi-peyman
Zənnimdə yanıldım yaman
Heç belə etməzdim güman
Qəlb evimdən çıxdı, getdi
Yalan imiş əhdi-peyman
Zənnimdə yanıldım yaman
Heç belə etməzdim güman
Qəlb evimdən çıxdı, getdi
Sinəmə gül taxa-taxa
Gözlərimə baxa-baxa
Məni oda yaxa-yaxa
Qəlb evimdən çıxdı, getdi
Gözlədim ki, bəlkə, gələ
Mənim də gözlərim gülə
Birdən əsdi qəfil yellər
Qəlb evimdən çıxdı, getdi
Sinəmə gül taxa-taxa
Gözlərimə baxa-baxa
Məni oda yaxa-yaxa
Qəlb evimdən çıxdı, getdi