ki Knül Gründ / Hamdan Gzl Mnm / Yaylq (Popurri)-文本歌词

ki Knül Gründ / Hamdan Gzl Mnm / Yaylq (Popurri)-文本歌词

Zamina Rahimova
发行日期:

Dalğalansın çaylar daşa

Qönçə güllər saçaqlaşa

Yarpaqlar da pıçıldaşa

Bülbüllə gül görüşəndə

Bülbüllə gül görüşəndə

Yarpaq düşər, xəzan olar

Süzgün baxış gözəl olar

Yar da gülər, gözəl olar

İki könül görüşəndə, görüşəndə

Yar da gülər, gözəl olar

İki könül görüşəndə, görüşəndə

Eyvana çıx, məni dinlə

Nəğmə deyək gəl səninlə

Qız bəyənib qəlb sevəndə

Günah deyil görüşəndə

Günah deyil görüşəndə

Yarpaq düşər, xəzan olar

Süzgün baxış gözəl olar

Yar da gülər, gözəl olar

İki könül görüşəndə, görüşəndə

Yar da gülər, gözəl olar

İki könül görüşəndə, görüşəndə

Açdı gül, gül oyandı

Hər tərəf al boyandı

Dərdimdən neçə oğlan

Yanar oda qalandı

Açdı gül, gül oyandı

Hər tərəf al boyandı

Dərdimdən neçə oğlan

Yanar oda qalandı

Mən güləm, gül üzüm

Yarım, heç zaman solmaz

Mənim kimi gözəli

Belə sevməmək olmaz

Mən güləm, gül üzüm

Yarım, heç zaman solmaz

Mənim kimi gözəli

Belə sevməmək olmaz

Deyirlər, hər kəsin öz sevgisi var

Qoşa yaranmışdır əzəldən onlar

Ömrüm-günüm keçir

Haradadır yarım, a balam?

Onu bircə dəfə görə biləydim

Ona ürəyimi verə biləydim

Onu bircə dəfə görə biləydim

Ona ürəyimi verə biləydim

Verə biləydim, biləydim, biləydim

Mən aşiqəm, zirəsən

Zəfəransan, zirəsən

O günə qurban olum

Sən qapıdan girəsən

Qoy gülüm gəlsin, ay nənə

Qoy yarım gəlsin, ay nənə

Qapıda duran oğlana

Rəhmin gəlsin, nənə

Qoy gülüm gəlsin, ay nənə

Qoy yarım gəlsin, ay nənə

Qapıda duran oğlana

Rəhmin gəlsin, nənə

Anamdan bir yaylıq aldım

Heç bilmirəm, harada saldım

Səndədirsə, ver yaylığı

Yaylıq salar ayrılığı

Gözəl oğlan, ver yaylığı

Yaylıq salar, a balam, ayrılığı

Gözəl oğlan, ver yaylığı

Əsdi çinar yarpağı

Nəğmə dedi küləklər

Dindi qızın dodağı

Bir döyündü ürəklər

Ürəyimi vermişəm

Şahid oldu telləri

Bəlkə, yuxu görmüşəm

Əlimdə idi əlləri

Gəldi ömrümün gənclik illəri

Ah, nə şadam mən

Baxın həsrətlə indi gəlirəm

Mən ilk görüşdən

Bakılı qız, paytaxtımın gözəlisən

Öz qəlbimin, öz bəxtimin gözəlisən

Bakılı qız, paytaxtımın gözəlisən

Öz qəlbimin, öz bəxtimin gözəlisən

Suları yara-yara buruqlara gedəndə sən

Oyanır qızıl güllər sənin şirin gülüşündən

Sevirəm səni mən, bakılı qız

Alagözlü yar, şən bakılı qız

Sevirəm səni mən, Bakılı qız

Alagözlü yar, şən Bakılı qız

Sevirəm səni mən, bakılı qız

Alagözlü yar, şən bakılı qız

Sevirəm səni mən, bakılı qız

Alagözlü yar, şən bakılı qız

Alagözlü yar, şən bakılı qız